Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq və Kommunikasiya Departamenti yaradılıb. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Departamentin əsas fəaliyyəti ADİU-nun yeni imici üzərində işləməkdən ibarət olacaq.
Departament tədbir və konfransları təşkil edəcək. Həmçinin ADİU-da aylıq nəşr olunan “İqtisadçı” qəzeti, aseu.az saytı, “Qaynar xətt” və İctimaiyyətlə Əlaqələr şöbəsi departamentin nəzdində fəaliyyət göstərəcək.Departamentin rəhbəri telejurnalist Rasim Şərifovdur.
Modern.az