Modern.az

Musa Qasımlı beynəlxalq elmi simpoziuma qatılacaq

Musa Qasımlı beynəlxalq elmi simpoziuma qatılacaq

تحصیلات

14 Oktyabr 2014, 17:47

Türk Tarix Qurumu və Bitlis Eren Universitetinin birgə təşkilatçılığı ilə Bitlis şəhərində Birinci Dünya müharibəsinin 100-cü ildönümünə həsr edilmiş beynəlxalq elmi simpozium keçirilir. Modern.az xəbər verir ki, bir neçə ölkədən tanınmış tarixçilərin məruzələrlə çıxış edəcəyi simpoziumda ölkəmizdən tarixçi alim, professor, millət vəkili Musa Qasımlı “Böyük Britaniya jurnalisti Skotland Liddel Qafqaz İslam Ordusunun Bakını azad etməsi və Nuru Paşa haqqında” mövzunda məruzə edəcək.

Qeyd edək ki, simpoziuma hazırlıq dövründə təqdim edilən məruzələrin qiymətləndirilməsi üçün görkəmli tarixçilərdən ibarət yaradılmış elmi heyətdə professor Musa Qasımlı da yer alıb.

Simpoziumun yekununda ümumi dəyərələndirməni edənlərdən biri Azərbaycan tarixçisi olacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı