Modern.az

Zahid Orucdan Qərbə tövsiyə: “Türkiyə ilə işiniz olmasın”

Zahid Orucdan Qərbə tövsiyə: “Türkiyə ilə işiniz olmasın”

Təhsil

17 Oktyabr 2014, 12:20



“Türkiyənin hərbi qüvvələrinin İraqa qoşun yeritməsi üçün Ankaraya təzyiq edilir. ABŞ İraqdakı silahları İŞİD kimi terrorçu təşkilatlara qaldı”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, Türkiyənin İraqa qoşun yeritməsi üçün ona edilən tələblər başadüşülən deyil.

Deputatın sözlərinə görə, Azərbaycan parlamentinin deputatları Türkiyənin soyuqqanlı davranışlarını dəstəkləyirlər. “Suriyadakı və İraqdakı kürd silahllılarının hədəfinin Türkiyə olmayacağına kimsə zəmanət verə bilməz. Biz Türkiyəyə siyasi, mənəvi dəstək oluruq. ABŞ və Qərb dairələri yaxı olar ki, Türkiyədəki qaçqınlara yardım ayırsın”.


Aqşin Kərimov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı