Modern.az

“Anamın kitabı” Ədəbi mükafatı təqdim edildi

“Anamın kitabı” Ədəbi mükafatı təqdim edildi

Təhsil

18 Oktyabr 2014, 14:27


17 oktyabr saat 18: 00-da Dövlət Gənc Tamaşaçılar Teatrında filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı, Medika Hospital və Hədəf Kurslarının sponsorluğu ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Modern.az müsabiqənin təşkilat komissiyasına istinadən xəbər verir ki, Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilib. Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində 50-dən çox pyes müsabiqəyə buraxılıb. İyunun 15-ə qədər əsərlər Ekspert Şurası tərəfindən qiymətləndirilib və onluq müəyyənləşib. Münsiflər heyətinin qərarına görə birinci yerin qalibi 72 balla Sevinc El Sevər olub.   İlk üçlükdə sonrakı yerləri müvafiq olaraq Şəbnəm Xeyrulla və Qanun Ümman Qahablı tutub. Onluqda müvafiq ballar üzrə siyahıda Günel Kərimli, Murad Nuriyev, Şəhriyar del Gerani, Ülviyyə Tahir, Elşən Feyzulla, Zöhrə İsmayılova və Natəvan Mikayılova yer alıb.

 Münsiflər Heyətinin qərarı ilə Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi “Sezar” əsərinə görə “Anamın Kitabı” Fəxri Mükafatına, İlqar Fəhmi və Azad Qaradərəli isə müsabiqənin fəxri diplomlarına layiq görülüb.

    

Elmin NURİ  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı