Modern.az

Amerikalı jurnalist Türkiyədə müəmmalı şəkildə öldü

Amerikalı jurnalist Türkiyədə müəmmalı şəkildə öldü

Təhsil

20 Oktyabr 2014, 11:00


İŞİD və Suriyanın Kobani şəhərindəki kürd yaraqlılarının döyüşünü izləmək məqsədi ilə bölgədə olan iran əsilli amerikalı jurnalist Serana Şim yol qəzasında həyatını itirib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İranın ingilisdilli “Press Tv” telekanalının müxbiri olan Şim dünən verdiyi açıqlamada Türkiyə hökumətinin jurnalistlərin işlərini görməyə mane olduğunu deyib. O həmçinin rəsmi Ankaranın onu türk müxalifətinə casusluq etməkdə günahlandırdığını bildirib.

Bu açıqlamalardan sonra, dünən gecə 30 yaşlı müxbir və onun operatoru Cuddi İrişi aparan avtomobil Şanlıurfa ərazisində qəzaya uğrayıb. Serana Şim hadisə yerində həyatını itirib. Operator  isə xəstəxanaya çatdırılıb.

Rüfanə GÜNƏŞ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı