Modern.az

Ramzan Kadırov İŞİD rəhbərini hədələdi: “Mənim adamlarım səni tapsa...”

Ramzan Kadırov İŞİD rəhbərini hədələdi: “Mənim adamlarım səni tapsa...”

تحصیلات

21 Oktyabr 2014, 15:40

Çeçenistanın dövlət başçısı Ramzan Kadırov İraq və Suriyanı qana boyayan terrorçu “İslam dövləti”nin (İŞİD) rəhbəri Əbu Bəkr əl-Bağdadini hədələyib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, çeçenlərin lideri adamlarının onu tapan kimi məhv edəcəyini vurğulayıb:

“Bu banditlərin rəhbəri hansısa Bağdadi bir dəfə xütbə ilə çıxış edib və sonra yoxa çıxıb. Mənim adamlarım onu axtarır, lakin o heç yerdə yoxdur. Adamlarım onu tapan kimi məhv edəcəklər”.

Ramzan Kadırov tez-tez “İslam dövləti”ni hədələyir. O, bundan öncə əl-Bağdadinin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreusun adamı olduğunu iddia edirdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı