Modern.az

Nobel Sülh Mükafatçıları Obamaya müraciət etdi

Nobel Sülh Mükafatçıları Obamaya müraciət etdi

Təhsil

27 Oktyabr 2014, 11:05


Nobel Sülh Mükafatı almış bir çox şəxs  ABŞ prezidenti Barak Obamaya məktub yazaraq Mərkəzi Kəşfiyyat İdarəsinin 11 Sentyabr hadisələrindən bəhs edən “Senat” hesabatının açıqlanmasını tələb edib.

Modern.az bildirir ki, Nyu York Taymsın yaydığı xəbərə görə, Cənubi Afrikalı baş yepiskop Desmond Tutu və Şərqi Timor prezidenti Jose Ramos-Horta tərəfindən təşkil edilən ortaq məktubda  2009-cu ildə Nobel Sülh Mükafatı almış prezident Obamanın bu sahədə daha uğurlu addımlar atması istəklərini irəli sürüb.  

Məktubda, “ABŞ-ın hərəkətlərinin öz xalqının və digər xalqların üzərindəki təsirini görməməzlikdən gəlib-gəlməyəcəyi və ya ölkənin qurulmasındakı standartları yaxşılaşdırmaq üçün lazımlı addımları atıb-atmayacağı və beynəlxalq razılaşmalara uyğun gəlməyə sadiq qalıb-qalmayacağı qeyri-müəyyənliyini qoruyur” ifadəsi işlədilib.

Ağ Ev  ABŞ Senatına 11 Sentyabr 2001-ci ildə Nyu-Yorkdakı əkiz qüllələrə təşkil edilən terror hücumlarından sonra Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tətbiq olunan “irəli sorğulama texnikalarına” bağlı hesabat təqdim etmişdi. Təxminən 480 səhifəlik xülasə  hesabatın  nə qədərinin ictimaiyyətlə bölüşüləcəyi isə naməlumdur.  

Prezident Obama da avqust ayında Ağ Evdə kameraların qarşısında Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətə alınanlarla pis rəftar etdiyini söyləmişdi. Obama, əkiz qüllələrə hücum sonrasında bir çox şeyi doğru etdiklərini ifadə edərkən “Ancaq bəzi insanlara işgəncə etdik. Dəyərlərimizə qarşı gələn bəzi şeylər etdik” demişdi.

Məktubda həmçinin Obamanın, Cenevrə Konvensiyası və Birləşmiş Millətlər Təşkilatının İşgəncəyə Qarşı Konvensiyası daxil beynəlxalq hüquqda döyüşün nəzarətinin yenidən formalaşdırılması və döyüşə bağlı sərt siyasət mənimsəməsi çağırışı da var.   Məktubu imzalayan Nobel Sülh Mükafatı almış şəxslər arasında Misirli Məhəmməd əl-Baradey, Liberyalı fəal Leymah Roberta Gbowee, Banqladeşli Məhəmməd Yunus, Köhnə Kosta Rika Dövlət Başçısı Oscar Arias Sanchez, Şimali İrlandiyalılar John Hume və Betty Williams, Cənubi Afrikalı FW de Klerk, ABŞ-lı Jody Villiams, Şərq Timorlu yepiskop Carlos X. Belo və Argentinalı Adolfo Perez Esquivel də var.      

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı