Modern.az

Fransa prezidentindən Putinə TƏLƏB

Fransa prezidentindən Putinə TƏLƏB

Education

3 Noyabr 2014, 23:49


Fransa prezidenti Fransua Olland Rusiya rəhbəri Vladimir Putini Donetskdə keçirilən qondarma seçkiləri tanımamağa çağırıb.

Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə Fransa lideri Rusiya prezidentini Minskdə əldə olunan razılaşmaya əməl etməyə çağırıb.

O bildirib ki, Avropa Birliyinin hədəfi Moskvanı Ukrayna ilə dialoqa inandırmaqdan ibarətdir.   Qeyd edək ki,  2 noyabrda Ukraynanın şərqində yerləşən və ruspərəst separatçıların aktivləşdiyi Donetsk və Luqanskda qondarma prezident seçkisi keçirilib.  

Dünya birliyi tərəfindən tanınmayan həmin “seçkinin” nəticələrinə görə “Donetsk Xalq Respublikasının prezidenti” Aleksandr Zaxarçenko, “Luqansk Xalq Respublikası”nın “dövlət başçısı” isə İqor Plotniçkiy seçilib.      

Aqşin Kərimov      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı