Modern.az

Ombudsmandan ÇAĞIRIŞ: “Azərbaycanda Aliment Fondu yaradılsın”

Ombudsmandan ÇAĞIRIŞ: “Azərbaycanda Aliment Fondu yaradılsın”

تحصیلات

5 Noyabr 2014, 17:37

Bu gün Milli Məclisdə 2015-ci il büdcə zərfinin müzakirəsi zamanı Ombudsman Elmira Süleymanova Azərbaycanda Aliment Fondunun yaradılması təklifi ilə çıxış edib.

Modern.az
-ın məlumatına görə, Ombudsman qeyd edib ki, son zamanlar ölkədə boşanmalar dəhşətli dərəcədə artır: “Bu da özü ilə bərabər yeni problemlər gətirir. Bizə bununla bağlı xeyli müraciətlər var. Ailələr boşanandan sonra uşaqlar aliment ala bilmirlər. Ona görə də mən təklif edərdim ki, Azərbaycanda Aliment Fondu yaradılsın”.

E. Süleymanova ölkə boyu Ombudsman Aparatının tənqid olunmasına da son qoyulmasını istəyib: “Məncə bu doğru hal deyil”.

Ombudsman daha sonra diqqəti deputatların zaman-zaman insan haqları ilə bağlı məsələlərdə müxtəlif yanaşmalarına çəkib: “Deputatlarımızı bu məsələdə diqqətli olmağa çağırıram”.

E.Süleymanova 2015-ci il büdcə zərfində böyrək xəstələri və şəkərli diabet xəstələrinə yönəlik vəsaitin artırılmasını təqdir edib.

 Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı