Modern.az

Binədəki hadisəyə görə 4 nəfərə cinayət işi AÇILDI

Binədəki hadisəyə görə 4 nəfərə cinayət işi AÇILDI

Təhsil

9 Noyabr 2014, 21:35


Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə noyabrın 8-də saat 08 radələrində 160-170 nəfər Xəzər rayonunun Binə qəsəbə sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz əlaməti olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərib.

Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atmış, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetirmiş, "Fiat-Doblo" markalı iki xidməti avtomobilə ziyan vurublar.  

Hadisənin fəal iştirakçılarından 19 nəfər polisə gətirilmişdir. 4 nəfər - o cümlədən 2 azyaşlı xəbərdarlıq edilərək buraxılıb.  11 nəfər barəsində  inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı