Amerika Dövlət Departamnetinin sözçüsü Cen Psaki İraqın Mosul şəhəri yaxınlığında İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin yaralanması yada öldürülməsi haqqında yayılan informasiyalara münasibət bildirib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi bu haqda onlarda məlumat olmadığını söyləyib.
Cen Psaki jurnalistin “bu haqda məlumatınız varmı” sualına “yox” cavabı verməklə baş verənləri araşdırıldığını deyib.
Bağdadinin İŞİD-ə qarşı hava hücumları təşkil edilən zaman öldüyü bildirilir.

Namidə Bingöl