Modern.az

Rumıniyanın yeni prezidenti etnik alman olacaq

Rumıniyanın yeni prezidenti etnik alman olacaq

Təhsil

17 Noyabr 2014, 11:39



Bülletenlərin əksəriyyətinin sayılmasından sonra Rumıniyada keçirilən prezident seçkilərində Sibiu şəhərinin meri, 55 yaşlı etnik alman Klaus Yohannisin ciddi üstünlüyü var. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yohannis 55,79 faiz, onun rəqibi, baş nazir, Sosial –Demokrat Partiyasının lideri Viktor Pona 44,2 faiz səs toplayıb. İkinci turda səsverməyə gələn seçicilərin sayı kifayət qədər yüksək - 62,04 faiz olub. Bu, noyabrın 2-də keçirilən birinci turda səs verənlərdən 10 faiz çoxdur. Ponta rəsmi məlumat gözləmədən məğlub olduğunu etiraf edərək Yohannisi qələbə münasibətilə təbrik edib. Bu, Rumıniyanın 2007-ci ildə Avropa İttifaqına qəbulundan sonra ilk dövlət başçısı dəyişikliyidir. İndiki prezident Trayan Besesku iki beş illikdən sonra postunu tərk edəcək.
Yohannis dekabrın 22-də vəzifəsinin icrasına başlayacaq. Yohannis keçmiş fizika müəllimidir, alman ailəsində doğulub, 4 dəfə Sibiu şəhərinin meri seçilib, turistlərin və investisiya cəlb olunmasında uğurlar əldə edib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı