Modern.az

Yerevan Bakı ilə vurulan helikopterin pilotlarına dair danışıqlar aparır

Yerevan Bakı ilə vurulan helikopterin pilotlarına dair danışıqlar aparır

تحصیلات

18 Noyabr 2014, 11:17

Noyabrın 12-də Azərbaycan ordusunun cəbhə xəttində məhv etdiyi Ermənistana məxsus Mİ-24 döyüş vertolyotundakı pilotların taleyini aydınlaşdırmaq üçün Bakı ilə Yerevan arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə danışıqlar aparılır.
Modern.az saytı xəbər verir ki, bu barədə xarici KİV-ə “Qırmızı Xaç”ın Ermənistandakı nümayəndəliyinin rəhbəri Zara Amatuni bildirib. Lakin o, danışıqların nəticələri barədə məlumat verməkdən imtina edib:

“Noyabrın 13-dən tərəflər arasında dialoq aparılır. Danışıqların əsas məqsədi hərbi vertolyotdakı pilotların taleyini müəyyən etməkdir. İndiki məqamda danışıqlar bütün maraqlı olan tərəflərlə aparılır. Yerevanla daimi əlaqə var, Bakı ilə danışıqlar aparılır. Nəticə əldə olunması üçün müvafiq işlər aparılır”.

Azərbaycan ordusu noyabrın 12-də cəbhənin Ağdam istiqamətində təmas xəttini keçərək mövqelərimizi atəşə tutan Ermənistana məxsus Mi-24 hərbi təyyarəsini 3 pilotla birlikdə məhv edib. Təmas xəttindəki neytral əraziyə düşən helikopterdəki pilotların meyitlərini oradan çıxarmaq mümkün olmayıb.

“Azərbaycan lazım bilsə,  helikopterin vurulması nəticəsində ölmüş erməni pilotların meyitinin götürülməsinə icazə verəcək”.
APA-nın məlumatına görə, bunu isə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.

Ermənilərə məxsus helikopterin vurulması barədə danışan İşçi Qrup rəhbəri, qeyd edib ki, həmin helikopter Azərbaycan ərazisində vurulub: “Meyitlər orada qalıb və heç bir tərəfdən götürmək mümkün olmayıb. Ermənilər Anjey Kaspşikə yalvarırlar. Lakin onun elə bir səlahiyyəti yoxdur. Azərbaycan lazım bilsə, buna icazə verəcək”.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı