Modern.az

AMEA-nın vitse-prezidenti: “Elmə büdcədən ayrılan vəsait yetərli deyil”

AMEA-nın vitse-prezidenti: “Elmə büdcədən ayrılan vəsait yetərli deyil”

Təhsil

20 Noyabr 2014, 12:44

“Azərbaycan elmi mühitində son illərdə aparılan genişmiqyaslı islahatlarla müqayisədə 2015-ci ilin dövlət büdcəsindən elmə ayrılan vəsait yetərli deyil”.

Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəyli 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. O bildirib ki, Azərbaycan elminin müstəqillik düşüncəsinin yaranmasında böyük xidmətləri olduğu nəzərə alınmalıdır. Deputatın fikrincə, bir neçə il ərzində təmsil etdiyi qurum cəmiyyətə elmi kəşflər təqdim edilib:
“Buna görə elmə ayrılan vəsaitlər artırılmalıdır. Bu, həm də elm adamlarının əmək haqlarına müsbət təsir edir”.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı