Milli Məclisin deputatı Əli Məsimli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğal edilmiş Azərbaycan torpaqlarını neytral zona adlandırmasına münasibət bildirib.
O, qeyd edib ki, ATƏT-in Mink Qrupunun missiyasının özəyini BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-sərtsiz işğaldan azad edilməsi tələbini qoyan 822, 853, 874 və 884 saylı qətnamələrinin,eləcə də ATƏT-in, Avropa Birliyinin və digər beynəlxal və regional qurumların bu barədə qətnamələrində irəli sürülən əsas problemin, yəni Azərbaycanın ərazi bütövlütünün təmin edilməsinə yönəlik mexanizmin hazırlanması və həyata keçirilməsi olmalıdır: “Amma çox təəssüflər olsun ki, ATƏT-in Mink qrupu uzun illərdir münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, sözügedən qətnamə və bəyatanlarda birmənalı şəkildə qoyulduğu kimi işğal olunmuş Azrbaycan ərazilərinin işğaldan azad edilməsi məsələsini həmişə arxa planda saxlamağa çalışır və təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymur”.Deputat bu yanaşmanın növbəti dəfə həmsədrlərin Ermənistan hərbi qüvvələrinə məxsus hərbi vertalyotun işğal olunmuş Azərbaycan ərazində vurulmasına göstərdikləri qeyri obyektiv yanaşmada əyanı şəkildə sübut olunduğunu deyib: “Ona görədə Milli Məclisin dünənki plenar iclasında birinci vitse-spiker cənab Ziyafət Əsgərovun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan hərbi qüvvələrinə məxsus hərbi vertalyotun məhv edildiyi Azərbaycan ərazisini neytral zona adlandırmalarına münasibət bildirərkən həmsədrlərin qeyri obyektiv yanaşmasını əks arqumetlərlə ifşa etməsini yüksək qiymətləndirir və vitse-spikerin dəstəklədiyimiz mövqeyinə öz əksini tapan etirazımızn ATƏT-in Mink qrupuna da çatdırılmasını zəruri hesab edirik”.
Modern.az