Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da 3 gündür şiddətli yağan qar nəticəsində Nyu-York şəhəri də daxil olmaqla, bir çox bölgələrdə havanın temperaturu 0 dərəcəyə enib.
Qeyd edək ki, günlərdi yağan qar artıq 2 metrə qədər yüksəlib.Yağan güclü qar yollarda nəqilyyatın hərəkətində çətinliklər yaradıb. Nyu-Yorkun xüsusən Buffalo şəhərində avtomobillər qarın altında qalıb.
Yollarda köməksiz qalan insanlara yardım etmək üçün əsgərlər işə cəlb olunub. Buffalo bölgəsində təxminən 500 ev və işyerləri işıqsız qalıb .
Əhalinin təhlükəsizliyini təmin etmək üçün damları dağılmaq üzrə olan evlərin sakinləri köçürülüb.
Məltəm TALIBZADƏ