Modern.az

“Ermənistan heç vaxt Azərbaycana güc nümayiş etdirə bilməz”

“Ermənistan heç vaxt Azərbaycana güc nümayiş etdirə bilməz”

تحصیلات

24 Noyabr 2014, 12:13



Noyabr ayının 12-də Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-24 helikopterinin  3 pilotla birlikdə məhv edilməsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane ola biləcəyi iddialarını da gündəmə gətirdi. Bu baş verməsəydi belə, Ermənistan hakimiyyəti cəbhə xəttində yaranan hər bir vəziyyətdən münaqişənin həll olunmaması üçün istifadə etməyə cəhd göstərir. Bunu münaqişənin nizamlanması məqsədilə keçirilən rəsmi görüşlərdə də hiss etmək olur.

Milli Məclisin deputatı Rövşən Rzayev Modern.az-a deyib ki, erməni helikopterinin vurulması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin uzanmasına səbəb olarsa, bundan  Ermənistan dövlətinə ziyan dəyəcək:
“Əvvəla, Azərbaycan tərəfinin Ermənistan helikopterini məhv etməsi danışıqlar prosesini daha da intensivləşdirməlidir. Çünki heç kim Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcək. Ona görə də başa düşmək lazımdır ki, bu, gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. Ermənistan da bilməlidir ki, heç bir sahədə Azərbaycana güc nümayiş etdirə bilməz. Azərbaycanın müdafiə sistemi ciddi inkişaf edib. Ona görə də Ermənistan tərəfi mütləq qaydada danışıqlar stolu arxasında oturmalıdır. Bundan kənarda bugünkü Ermənistan öz xalqına xeyir verə bilməyəcək. Bunu Ermənistan tərəfi edə bilsə, problem yaranmayacaq. Əgər edə bilməsə, gələcəkdə  daha ciddi problemlər gözləyir”.

Deputat ATƏT-in Minsk qrupunu bu cür məsələlərdə obyektiv olmağa çağırıb: “Azərbaycan öz torpaqlarını qorumalıdır. İşğal altında olan ərazilərdəki işğalçı qüvvələr çıxarılmalıdır ki, gələcəkdə də belə problemlər olmasın. Təbii ki, münaqişənin sülh yolu ilə həll olunmasına çalışılır. Amma təəssüflər olsun ki, konstruktiv mövqe sərgilənmir. Belə olan halda problemlər qabardıla bilər. Ona görə də ATƏT-in Minsk qrupunun üzvləri təxribatçı bəyanatlarından əl çəkməli, konstruktiv mövqe sərgiləməli və işğalçı dövlətdən tələb etməlidirlər ki, öz ordusunu Azərbaycan ərazisindən çıxartsın”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı