Modern.az

Qadın boksçularımız Koreyada uğur qazandı

Qadın boksçularımız Koreyada uğur qazandı

Eğitim

24 Noyabr 2014, 21:29

Koreya Respublikasının Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub.

Modern.az saytının məlumatına görə, milli komandamız yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.

Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova (69 kq) yarışda bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub.

Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb–2:1. Milli komandamızın üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylor ilə qarşılaşmalı olub.

Y.Alekseyeva Olimpiya, beşqat dünya və altıqat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni K.Teylora veriblər.

Komandamız iki il əvvəl Çində keçirilən dünya çempionatında bir gümüş medal qazanmışdı. Həmin çempionatda Y.Vıstropova ikinci yeri tutaraq London Olimpiadasına lisenziya əldə etmişdi.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı