Modern.az

Qəbul imtahanlarındakı nəzarətçi müəllimlərlə bağlı işlər görülür

Qəbul imtahanlarındakı nəzarətçi müəllimlərlə bağlı işlər görülür

Təhsil

25 Noyabr 2014, 12:05

“Bu ilki nümunəvi fəaliyyət göstrərən 771 nəfər nəzarətçi müəllimə təşəkkür edilib., 26 nəfər fəxri fərman verilib, 263 nəfər isə bazadan çıxarılıb”. Modern.az xəbər verir ki, bunları bu gün keçirlən mətbuat konfransında TQDK-nın sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarında nəzarətçi müəllimlərlə bağlı işlər görülür. Onlara treninqlər keçirilir. İmtahandan keçdikdən sonra, nəzarətçi qisminə götürülür.

“Bu il qəbul imtahanlarında 3 fəndən açıq tipli test olacaq. Hər fəndən 4 açıq tipli sual olacaq. 1-ci qrupdan Fizika və riyaziyyat, bu ildən isə kimyadan açıq test olacaq. 2-ci qrupda riyaziyyat və coğrafiyadan açıq tes var idi, indi isə ana dilindən olacaq, 3-cü qrupdan riyaziyyat, tarix, əlavə ana dilindən açıq tipli olacaq. 4-cü qrupda isə biologiyada açıq tipli test olacaq”.

Məltəm Talıbzadə
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı