Modern.az

Qazandığı Nobel mükafatını satışa çıxarır

Qazandığı Nobel mükafatını satışa çıxarır

Təhsil

27 Noyabr 2014, 14:35


85 yaşlı Amerika alimi 1962-ci ildə qazandığı Nobel mükafatını açıq auksiona çıxaracaq. Kembric Universitetin professoru olan Ceyms Vatson 1950-ci ildən tibbi biologiya  sahəsində  apardığı araşdırmalara görə 1962-ci ildə Nobeli qazanıb.

Modern.az  xarici mətbuata istinadən məlumat verir ki, alim dekabrın 5-də təşkil olunacaq auksionada mükafatla yanaşı, söylədiyi Nobel nitqinin əlyazmasını da satışa çıxaracaq.  

Qeyd edək ki, dünyanın nüfuzlu alimlərindən sayılan Ceyms Vatson auksionda əldə edəcəyi gəliri amerikanın bir neçə elmi laboratoriyası və kollecinə hədiyyə edəcək.  

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı