Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Education

7 Dekabr 2014, 18:10


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava buludlu keçəcək, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz olacaq.

Cənub küləyi 9-14 m/s, səhər və səhər arabir 23-25 m/s olacaq, axşama doğru 9-14 m/s-dək mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var.

Cənub rayonlarında isə dağlıq ərazilərdə sulu qar, qar yağacağı praqnozlaşdırılır.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı