Modern.az

Yerevanda insan haqlarının müdafiəsi mitinqi keçirilir - VİDEO

Yerevanda insan haqlarının müdafiəsi mitinqi keçirilir - VİDEO

Təhsil

10 Dekabr 2014, 14:16



Yerevanın Azadlıq meydanında Beynəlxalq insan haqları müdafiə gününə həsr olunan mitinq keçirilir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Erməni Milli Konqresinin  təşkil etdiyi aksiyaya “Çiçəklənən Ermənistan” və “İrs” partiyaları da qoşulublar. Adları çəkilən siyasi təşkilatların liderləri də mitinqdə iştirak edəcəklər. Hazırda meydana yalnız “İrs” partiyasının lideri Raffi Ovanisyan gəlib.

BMT Baş Assambleyasının 1950-ci il dekabrın 4-də qəbul etdiyi qərara görə, hər il dekabrın 10-u Beynəlxalq insan haqlarının müdafiəsi günü kimi qeyd edilir.



Modern.az   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı