Modern.az

Ərdoğan Azərbaycan qazının əhəmiyyətindən DANIŞDI

Ərdoğan Azərbaycan qazının əhəmiyyətindən DANIŞDI

Təhsil

11 Dekabr 2014, 11:34


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan qazının Avropa üçün əhəmiyyətindən danışıb. Modern.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident Atatürk mədəniyyət mərkəzində keçirilən Neft və Təbii Qaz Strategiyaları Simpoziumunda çıxışı zamanı bu barədə söz açıb.

Prezident bildirib ki, Türkiyə sadəcə öz torpaqlarında deyil, Azərbaycandan İraqa, Əfqanıstandan Qazaxıstana, Rusiyadan Qırğızıstana qədər hər yerdə neft axtarır.  

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, “Şahdəniz” qazı təkcə Türkiyənin deyil, Avropa Birliyi ölkələrinin də tələbatını da ödəyəcək.  

Türkiyə rəhbəri “TANAP” layihəsi və onun əhəmiyyətindən də söz açıb.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı