Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti təkliflə çıxış edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, deputatların və senatorların sayının 30 faizə qədər azaldılmasını təklif edib. Jirinovskinin fikrincə, yerdə qalan deputatların aylıq əmək haqqının da 30 faizə qədəri qənaət məqsədilə ixtisar olunmalıdır:
“Əgər bu tədbirlər də kömək etməsə, daha 10-15 faiz azalma olar. Bu, böyük rəqəmdir, çünki Dumanın saxlanması 7, Federasiya Şurasının saxlanılması isə 8 milyard rubla başa gəlir. İldə 15 milyard rubl! Halbuki, 5 milyard rubl da xərcləmək olardı”.
Bundan öncə, Rusiya hökuməti 2015-ci ilin dövlət xərclərini 10 faiz azaltmaq barədə qərar verib. Dövlət Duması 450 deputatdan, Federasiya Şurası isə 170 senatordan ibarətdir.Modern.az