Modern.az

“Şimali Koreya diktatoru Rusiyaya gedəcək”

“Şimali Koreya diktatoru Rusiyaya gedəcək”

Təhsil

17 Dekabr 2014, 12:15


Şimali Koreyanın diktator prezidenti Kim Çen In Böyük Vətən Müharibəsinin qələbəsinin 70 illiyi münasibəti ilə 2015-ci ildə Rusiyaya gedə bilər.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə  Yaponiyanın “Asaxi Simbum” qəzetinə  diplomatik mənbələrdən məlumat verilib.   Nəşrin məlumatına görə Şimali Koreya diktatoru Kim Çen In Rusiyanın dəvəti ilə bu ölkəyə gedəcək və bayram tədbirlərində iştirak edəcək.  

Qeyd edək ki, 2011-ci ildə Kim Çen In,  atası Kim Çen İranın ölümündən sonra Şimali Koreyaya rəhbərlik etməyə başlayıb. 2014-cü ilin noyabrında Şimali Koreya liderinin xüsusi nümayəndəsi Tsoy Xe Reni Moskvaya səfər edib.  

Məlumat üçün deyək ki, diktatorun atası  Kim Çen Ira öz zirehli qatarında 3 dəfə Moskvaya səfər edib. 2000-ci ildə Vladimir Putin də Şimali Koreyada səfərdə olub.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı