Modern.az

Lütfi Zadə Azərbaycan alimlərini təbrik edti

Lütfi Zadə Azərbaycan alimlərini təbrik edti

تحصیلات

19 Dekabr 2014, 14:26

Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan alimlərinin I qurultayı davam edir.

Modern.az xəbər verir ki, tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, ABŞ, Rusiya, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər iştirak edir.

Qurultayda çıxış edən akademiklər Akif Əlizadə,  Xoşbəxt Yusifzadə, Əli Abbasov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov çağdaş Azərbaycan elminin inkişaf mexanizmləri barəsində danışıblar.

Qurultayın maraqlı məqamlarından biri də dünyada məşhur Azərbaycan əsilli alim Lütfi Zadənin virtual olaraq çıxışlara qoşulması olub. O, Azərbaycan alimlərini qurultay münasibətilə təbrik edib.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı