Modern.az

Musa Yaqub səhhətindən danışdı: “Heç həkimə də getmirəm”

Musa Yaqub səhhətindən danışdı: “Heç həkimə də getmirəm”

تحصیلات

23 Dekabr 2014, 16:54


“İndi yaxşıyam. Səhhətimdə irəliləyiş çoxdu. Elə özüm –özümü qoruyuram. Heç həkimə də getmirəm”. Bunu Modern.az-a açıqlamasında qocaman şair Musa Yaqub bildirib.  

Qeyd edək ki, sabiq milət vəkili, Ziyalılar Forumunun üzvi Musa Yaqub bir neçə ay bundan əvvəl böyrəklərində yaranan qəfil ağrılara görə Türkiyəyə aparılmışdı. Türkiyədə bir həftə həkim nəzarəti altında qalan şair sonradan İsmayıllı rayonunda müalicəsini davam etdirirdi.  

Bütün bunlara baxmayaraq 77 yaşlı şair hazırda özünü çox yaxşı hiss edir. Səhhəti ilə əlaqəli yalnız lazımı dırmanları qəbul edən şair həkim nəzarətinə ehtiyac görmür.  

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı