
Dünya bazarında neftin qiyməti indiki 60 dollar səviyyəsində qalarsa, Dövlət Neft Şirkətinin gəlirləri ildə təxminən 400 milyon manat azalacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun fikrincə, bu, şirkət üçün böyük rəqəmdir, amma qorxunc göstərici deyil:
“Dünya bazarında neftin qiymətinin düşməsi şirkətə təsir etsə də, iki il əvvəl hazırladığımız plan nəticəsində bu təsir az olacaq. Bu plana əsasən böyük xərclərin azaldılması istiqamətində işlər görülür”.
Məltəm Talıbzadə