“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın ölkənin Milli Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilməsindən sonra yaranan siyasi qalmaqal ətrafında müzakirələr davam edir.
Modern.az saytının məlumatına görə Ermənistanın “Hraparak” nəşri yazıb ki, Qaqik Tsarukyan həbs edilsə, bu, sabiq prezident Robert Köçəryanın müvəffəqiyyətsizliyi olacaq.
Qəzet bildirib ki, “Çiçəklənən Ermənistan” liderinə qarşı istənilən ittiham, çağırış Robert Köçəryana zərbə vurur. “Deyəsən, həm Köçəryan, həm də onun biznes layihələrinə siyasi “ölüm” saatı vurulub. Bu “ölüm” ölkədə yeni səhifə açacaq",-deyə bildirilib.Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyanın Qaqik Tsarukyanı təhqiramiz şəkildə tənqid etməsi ölkədə siyasi gərginlik yaradıb. Qaqik Tsarukyanın isə ölkə başçısına cavabı gecikməyib.
Bundan sonra isə Qaqik Tsarukyanın və onun partiyasından olan nəfərin deputat mandatını itirəcəkləri gündəmdədir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan isə Serj Sərkisyanın atdığı addımları uğursuz adlandırıb. Tsarukyan keçmiş prezident Robert Köçəryanın biznesini idarə edən oliqarx kimi də tanınır.
Aqşin Kərimov