Modern.az

Bayden Putini hədələdi, Poroşenko kömək istədi

Bayden Putini hədələdi, Poroşenko kömək istədi

Education

18 Fevral 2015, 10:49


Ukrayna rəhbəri Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Co Baydenlə telefon söhbətində Debaltsevo şəhərindəki gərgin vəziyyəti müzakirə edib.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Co Bayden “Normand dördlüyü” formatında əldə edilən Minsk razılaşmalarına Rusiyanın əməl etmədiyinə diqqət çəkib. O bildirib ki, Rusiya Minsk razılaşmalarının pozulması üçün cavab verməli olacaq.  

Ukrayna prezidenti Pyotr Poroşenko  Rusiyanın Minsk razılaşmasına əməl etməməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclaslarında ABŞ-ın Kiyevə göstərdiyi dəstəyə görə Baydenə təşəkkür edib. Poroşenko ABŞ-ın Ukraynaya dəstək verməsini də istəyib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı