Modern.az

Gədəbəydə məktəblini maşın vuraraq öldürüb

Gədəbəydə məktəblini maşın vuraraq öldürüb

Təhsil

18 Fevral 2015, 20:30

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. Gədəbəy rayonunun Yenikənd kənd sakini, 2006-cı il təvəllüdlü, 3-cü sinif şagirdi Yasəmən Vidadi qızı Hüseynova məktəbdən evə qayıdarkən avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Məlumata görə, iki “VAZ-2107” markalı avtomobil toqquşub, onlardan biri yolun kənarına çıxaraq kənarda dayanan məktəbliyə dəyib, 9 yaşlı aldığı xəsarətdən ölüb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.(Apa)

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı