Modern.az

Türkiyə kəşfiyyatından İŞİD terroru ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə kəşfiyyatından İŞİD terroru ilə bağlı XƏBƏRDARLIQ

Təhsil

19 Fevral 2015, 23:30


Türkiyənin xüsusi xidmət orqanları “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlılarının Qərb ölkələrinin diplomatik missiyalarına hücumu barədə xəbərdarlıq edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyə xüsusi xidmət orqanlarının  məlumatına görə islamçılar fevralın 3-dən İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya üzvü olan ölkələrin Ankara və İstanbuldakı diplomatik missiyalarında terror aktları törətməyə hazırlaşırlar.

Milli İstihbarat Təşkilatının (MİT) məlumatına görə, Türkiyə sərhədi yaxınlığında 3 minə yaxın terrorçu yerləşib:

“Qruplaşmanın hücumların planlaşdırılmasına cavabdehlik daşıyan liderləri də daxil olmaqla artıq Türkiyədədirlər, onlar terror şəbəkəsinə məxsus evlərdə yaşayırlar. Yaşları 17-dən 25-ə qədər olan suriyalı və fələstinlilər Türkiyəyə qaçqın kimi gəliblər, terror törətmək məqsədilə Bolqarıstan vasitəsilə Avropanın digər ölkələrinə getməyi planlaşdırırlar”.

Modern.az      

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı