Modern.az

“Xocalı Dərdim Mənim” - FOTOLAR

“Xocalı Dərdim Mənim” - FOTOLAR

Təhsil

24 Fevral 2015, 19:20

Bu gün 62 nömrəli məktəb-liseydə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Xocalı Dərdim Mənim” adlı tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbir zamanı Xocalı şəhərinin işğal edilməsi və soyqırım prosesi ümumilikdə təsvir edilib. Daha sonra məktəbin şagirdləri jurnalist Çingiz Mustafayevi və hər bir rayonun işğalını özlərində təcəssüm etdirən səhnəciklə çıxış ediblər.

Tədbirin sonunda 214 nömrəli məktəbin direktoru və 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxış edib. Çıxış zamanı bu kimi tədbirlərin hər il keçirildiyini və bundan sonra da davamlı olaraq keçiriləcəyi bildirib.

 

Şahin Qocayev  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı