Gürcüstanın Hüquqi Yardım və Probasiya Nazirliyi ölkədə cəza çəkən xarici ölkə vətəndaşlarının sayını açıqlayıb. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkə həbsxanalarında cəza çəkən 187 əcnəbidən 76-sı Türkiyə vətəndaşıdır. Siyahıda ikinci yeri Rusiya vətəndaşları tutur (41). Üçlüyü Azərbaycan vətəndaşları qapayır. Rəsmi məlumatlar hazırda 39 Azərbaycan vətəndaşının Gürcütsanda cəza çəkdiyini müəyyən edib.
Vüqar İsmayılov