Modern.az

“Torpaqlardan səmərəli istifadə edək” – Deputat seçicilərinə çağırış edib

“Torpaqlardan səmərəli istifadə edək” – Deputat seçicilərinə çağırış edib

تحصیلات

1 Mart 2015, 14:31

Milli Məclisin Sosial  siyasət komitəsinin sədri Hadı Rəcəcbli bir qrup seçici ilə görüşüb, prezident İlham Əliyevin torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr ətrafında söhbət aparıb. Deputatın qərargahından Modern.az-a bildirilib ki, H.Rəcəbli Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Sütəmurdov, Seydəkəran, Viyən, Kərgəlan kəndlərinin bir qrup aqrar bölmədə çalışan işçilərilə fikir mübadiləsi aparıb. Seçicilər ölkədə  kənd  təsərrüfatı işçiləri üçün yaradılan şəraitdən razılıq edib və məhsul istehsalı ilə bağlı mövcud olan bir sıra problemlərdən danışıblar. Qeyd olunub ki,  son üç ildə Lənkəran  bazarında, daha çox bölgədə istehsal olunan ərzaq məhsullarının satılması sevindirici haldır. Alıcılar ekoloji təmiz olan bu məhsullara üstünlük  verir, hətta qiymətin  bir az fərqli  olmasına baxmırlar. Bəzi məhsulların  istehsalını hətta bazar özü tənzimləyir.
Deputatla söhbət zamanı bildirilib ki, Lənkəranda kinkan, kivi meyvələrinin, kahı, kərəviz göyərtilərinin, yerli paxla və lobyanın əkini xeyli artıb. Müzakirələrdə də qeyd olunub ki, kiçik təsərrüfatlarda əmək məhsuldarlığı aşağı olur, məhsulun maya dəyəri yüksəlir. Odur ki, kooperativlərin yaranmasına böyük ehtiyac var. Digər problemli məsələ kimi isə məhsulun topdan alınması ilə bağlı olduğu qeyd edilib. Bilidirilib ki, dövlət və özəl tadarük  müəssisələrinin  yaranmasına ehtiyac var.
Görüş istirakçılarından  Səxavət Əliyev, Natavan İbadova, Şairə Mirzəyeva, Orxan Məmmədov, Cəmilə İbrahimova və başqaları gələcəkdə torpaqlardan  daha səmərəli  istifadə etmək üçün əllərindən  gələni əsirgəməyəcəklərinə söz veriblər.
Seçicilər Hadı Rəcəbliyə torpaqlarda çalışan insanlarla tez-tez görüşdüyünə və onlara daim dəsdək verdiyinə görə minnətdarlıqlarını bildiriblər. 





Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı