Modern.az

AXCP sədrinin keçmiş müavini deputatlığa namizəd olmayacaq

AXCP sədrinin keçmiş müavini deputatlığa namizəd olmayacaq

Təhsil

4 Mart 2015, 15:14


“Azərbaycanda keçiriləcək parlament seçkilərinin keçirilməsinin çox böyük əhəmiyyəti var. Eyni zamanda, seçki prosesinin gedişindən də çox şey asılıdır. Ona görə də bu ilin payızında keçiriləcək parlament seçkilərini yüksək qiymətləndirirəm”. Bunu Modern.az-a açıqlamasında “Xalq arzusu” təşkilatının sədri Asəf Quliyev deyib.

O, seçkilərdə iştirak məsələsinə də toxunub: “Biz təşkilat olaraq, parlament seçkilərinə qatılmaq haqqında düşünürük. Eyni zamanda, bizim təşkilatın  qurultay keçirmək fikri var.

Qurultaydan sonra konkret nəsə demək olar. Amma özümün seçkilərə qatılmaq fikrim yoxdur. Biz təşkilat olaraq iştirak edəcəyik. Biz namizədlərimizi irəli sürəcəyimiz dairələri də müəyyənləşdiririk. Bunlardan biri Ağdam seçki dairəsidir. Digər dairələr haqqında isə hələ ki dəqiq nəsə deyə bilmərik”.  

Qeyd edək ki, Asəf Quliyev AXCP-nin  sədr müavini və Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri olub. O, 2013-cü il prezident seçkiləri ərəfəsində AXCP və Milli Şuradan istefa verib.  

Namidə BİNGÖL

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı