Modern.az

Türkiyə kəşfiyyatının keçmiş başçısı geri çəkildi

Türkiyə kəşfiyyatının keçmiş başçısı geri çəkildi

Təhsil

9 Mart 2015, 20:50


Türkiyə kəşfiyyatının (Milli İstihbarat Təşkilatı – MİT) sabiq rəhbəri Hakan Fidan parlament seçkilərində iştirak etmək üçün hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizədliyini irəli sürmüşdü.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakan Fidan millət vəkilliyinə namizədliyini geri götürüb.   MİT-in keçmiş başçısı bununla bağlı yazılı bəyanat verib. Hakan Fidan bildirib ki, bundan sonra ona həvalə edilən istənilən vəzifənin öhdəsindən gəlməyə hazırdır.  

Qeyd edək ki, Hakan Fidan 7 iyunda keçiriləcək parlament seçkilərində iştirak edəcəyi üçün MİT rəhbərliyindən istefa vermişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun bu addımına qarşı idi.  

Modern.az

  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı