Modern.az

Fəzail Ağamalı oğlunun deputat olmağını istəyir

Fəzail Ağamalı oğlunun deputat olmağını istəyir

Təhsil

10 Mart 2015, 15:44


“Oğlum Elçinin parlament seçkilərinə qatılmaq fikri yoxdur”. Bu barədə Modern.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, hətta bu barədə oğlu ilə aralarında kiçik söhbət də olub:

“5-6 ay bundan qabaq partiyanın işinin qurulması ilə bağlı aramızda ümumi söhbət oldu. Parlament seçkilərində iştirakımızı hansı formada qurmağımız barədə kiçik fikir mübadiləsi apardıq. Oğlumdan bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəyini soruşdum. Elçin dedi ki, hələlik parlament seçkilərinə qatılmaq niyyətində deyil, gələcəkdə bu haqda düşünə bilər”.

Fəzail Ağamalı bildirib ki, oğlunun deputat olmaq fikri olmasa da, ata olaraq bunu çox istəyir:

“Təbii ki, oğlumun seçkilərə qatılmasını birmənalı şəkildə istəyərdim. Çünki oğlumun iki ali təhsili var. İki tanınmış ali məktəbin - həm BDU-nun, həm də İdarəetmə Akademiyasının məzunudur. Eyni zamanda, 16 yaşından partiya sıralarına qoşulub. Arada dövlət strukturlarında çalışdığına görə fəaliyyətinə xitam vermişdi. Sonralar fəaliyyətini bərpa etdi və artıq siyasətçi kimi formalaşmaqdadır. Bu gün Azərbaycan dövlətçiliyinə öz töhfəsini verə biləcək səviyyədə hazırlıqlıdır. Bütün bunlarla bərabər, hər kəsin seçim imkanı var. Mən də ata olaraq oğlumun rəyini nəzərə alıram. Təbii ki, övladımdır deyə onu “mütləq bunu eləməlisən” kimi məcburiyyətlə qarşı-qarşıya qoya bilmərəm. Ona görə də övladlarıma seçimlərində sərbəstlik vermişəm”.

Fəzail Ağamlının oğlu Elçin Ağamlıyev AVP-da İcra Aparatının rəhbəri kimi çalışır.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı