Modern.az

Rusiyada yanan ticarət mərkəzinin azərbaycanlı sahibi həbs olundu

Rusiyada yanan ticarət mərkəzinin azərbaycanlı sahibi həbs olundu

Təhsil

12 Mart 2015, 17:03

Tatarıstanın Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş verən yanğınla bağlı həmin mərkəzi icarəyə götürən “Zarya” Açıq Səhmdar Cəmiyyətinin azərbaycanlı direktoru Hüseyn Qəhrəmanov həbs olunub.

Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, onu həbs edən Rusiya İstintaq Komitəsinin Tatarıstan xidməti azərbaycanlı iş adamını yanğın zamanı insanların vaxtında evakuasiyasını təmin etməməkdə və ticarət mərkəzində lazımi təhlükəsizlik tədbirlərini görməməkdə ittiham edərək cinayət işi açıb.

Ötən gün baş verən yanğında azı 5 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. “Admiral” ticarət mərtkəzinin dağıntıları altında 25-ə qədər insanın qaldığı güman olunur.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı