Modern.az

Qarabağ Bloku amnistiya verilməsi üçün Milli Məclisə müraciət etdi

Qarabağ  Bloku amnistiya verilməsi üçün Milli Məclisə müraciət etdi

Eğitim

12 Mart 2015, 18:22



Ümid Partiyasının Mərkəzi qərargahına Qarabağ Bloku növbəti toplantısını keçirib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər müzakirə olunub.

Blok üzvləri növbəti dəfə ölkədə olan siyasi məhbus probleminə də toxunublar. Qeyd olunub ki, həbsdə olan siyasi məhbuslar arasında səhhətində ciddi problemlər olan şəxslər var ki, həbsdə qalmaq onların həyatı üçün təhlükədir. Ölkədə barış və dialoqun, qarşılıqlı etimadın yaranması üçün  amnistiya verilməli və bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır.
“Dünyada və regionda baş verən siyasi proseslər, bu il ölkədə I Avropa Oyunlarının və parlament seçkilərinin  keçiriləcəyini də nəzərə alsaq siyasi məhbusların həbsdən azad olunması beynəlxalq təzyiqlərin və ölkədəki gərginliyin azalmasına gətirib çıxara bilər”.
Blok üzvləri Novruz bayramı ərəfəsində amnistiya verilməsi ilə bağlı Prezidentə  və Milli Məclisə müraciət ediblər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı