Modern.az

Deputat Azər Kərimli: “O qara qüvvələr həm qonşuluqda, həm də bizdən uzaqdadır”

Deputat Azər Kərimli: “O qara qüvvələr həm qonşuluqda, həm də bizdən uzaqdadır”

Təhsil

13 Mart 2015, 13:12


Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli yayda Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı  Azərbaycana qarşı olan qüvvələrin təxribat xarakterli çıxışlarına münasibət bildirib.

Deputat Azər Kərimli Modern.az saytına açıqlamasında deyib ki, Azərbaycanın apardığı müstəqil siyasət, Azərbaycan dövlətinin regionda güclənməsi ölkəni istəməyən qüvvələri ciddi narahat edir.

“O həm qonşuluqda olan, həm də bizdən uzaqda olan qüvvələrdir. Onlar buna qarşı ciddi mübarizəyə keçiblər və ciddi fəallıq göstərirlər. Hər vəchlə Azərbaycanın inkişafının qarşısını almaq istəyirlər. Ancaq mən beynəlxalq məsələlərdən məlumatlı bir şəxs kimi onu qeyd edə bilərəm ki, düşmənin bu kimi addımları heç vaxt nəticə verməyəcək. Çünki, Azərbaycan beynəlxalq qanunlara uyğun, müstəqil ölkə olaraq fəaliyyət göstərir. Azərbaycan dünya düzəninə qarşı, qonşularına qarşı heç bir addım atmır. Heç bir ölkənin ərazisini işğal etməyib. Heç bir ölkənin müstəqilliyinə qarşı deyil. Biz düşünürük ki, Azərbaycanın yeritdiyi bu siyasət beynəlxalq hüquq normalarına tam uyğundur və beynəlxalq normaları Azərbaycanın yürütdüyü bu siyasəti tam şəkildə müdafiə edir”,-deyə Azər Kərimli söyləyib.   

Milli Məclis üzvü qeyd edib ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin   idman tarixinə düşəcək bir hadisə olacaq.

“Dünya səviyyəsində beynəlxalq bir idman oyunu ilk olaraq Azərbaycanda keçiriləcək. Bunun nə demək olduğunu anlamaq məncə o qədər də çətin deyil. Bu idman oyunları zamanı Azərbaycan hər tərəfli olaraq özünü təbliğ edə biləcək. Bu bütövlükdə millətin təbliğində mühüm rol oynayacaq. Hesab edirəm ki, biz Avropa Oyunlarında öz sözümüzü deyə biləcəyik. Bu gün əgər Azərbaycan öz mədəniyyətini, adət-ənənələrini, milli xüsusiyyətlərini dünyaya çatdıracaqsa, bu böyük nəticələr verəcək. Bir neçə vaxtdan sonra biz bunun ciddi nəticələrini görəcəyik. Avropa ölkələrində Birinci Avropa Oyunlarına ciddi dəstək və maraq var və bunu alqışlayırlar.

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları dünya səviyyəsində təşkil olunmuş bir oyun kimi tarixdə qalacaq. Çünki, çox böyük təşkilat komitəsi yaradılıb. Hörmətli millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təşkilat komitəsinin rəhbəridir və hər bir məsələ Mehriban xanımın nəzarətindədir. Biz də əminik ki, Birinci Avropa Oyunları Azərbaycanın inkişafı, Azərbaycanın inkişaf etmiş ölkələrə inteqrasiyası, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında yerləşməsi istiqamətində mühüm, vacib addım olacaq.

Mən əminliklə demək istəyirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı qara yaxan qüvvələr azərbaycanlı deyillər və Azərbaycanın müstəqilliyinə qarşı mübarizə aparan qüvvələrdi”.

Ulduz İbrahimova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı