Modern.az

Gimnastımız gümüş medal qazandı

Gimnastımız gümüş medal qazandı

تحصیلات

20 İyun 2015, 20:30


Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları davam edir.

Modern.az xəbər verir ki, idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin final yarışması başa çatıb.

Birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb.

İkinci yeri isə Azərbaycan təmsilcisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib. O, 14,600 bal toplayıb.

Üçüncü yerdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı