Modern.az

Roma Papasının xahişi amerikalı qadını edamdan xilas etmədi

Roma Papasının xahişi amerikalı qadını edamdan xilas etmədi

Təhsil

30 Sentyabr 2015, 13:39


ABŞ-ın Corciya ştatında 47 yaşlı Kelli Qissendeyner edam olunub. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, damarına ölümcül inyeksiyanın vurulması ilə edam olunan şəxs ştat tarixində 1945-ci ildən bəri edam olunan ilk qadındır.

O 1997-ci ildə həyat yoldaşını sevgilisi Brüs Ouen vasitəsilə öldürdürməkdə ittiham olunurdu. Cinayəti törədən Ouen istintaqda sevgilisi əleyhinə ifadələr verdiyi üçün yalnız ömürlük həbs cəzası alıb.

2 gün öncə ABŞ-a səfərini yekunlaşdıran Roma Papası I Frantsisk Corciya ştatının rəhbərliyindən Kelli Qissendeynerin əfv olunmasını istəmişdi. Qadının 3 övladı da bu müraciətə qoşularaq analarını bağışladıqlarını söyləmişdilər. Lakin Corciya femidası bu istəklərə məhəl qoymayaraq, edam prosedurunu sona qədər keçirib.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı