Modern.az

Rusiyada tutulan İŞİD-çilərdən 3-ü suriyalıdır

Rusiyada tutulan İŞİD-çilərdən 3-ü suriyalıdır

Təhsil

12 Oktyabr 2015, 14:21


Oktyabrın 11-də ötən gün Moskvada genişmiqyaslı terror aktları planlaşdıran 10 nəfərlik terrorçu qrup polis tərəfindən saxlanılıb.

Modern.az Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən azı 3-nün Suriya vətəndaşı olduğu müəyyənləşib. Qrupun digər üzvlərinin isə Mərkəzi Asiya ölkələrinini vətəndaşları olduğu güman olunur.  

Rusiya Antiterror Komitəsinin məlumatına görə, terrorçuların yaşadığı mənzildən 5 kiloqram trotil gücündə partlayıcı qurğu aşkarlanıb.  

Sentyabrın 30-dan Suriyada “İslam dövləti”  (İŞİD) və “Əl Nüsrə Cəbhəsi” qruplaşmalarının mövqelərini bombalayan Rusiya həmin təşkilatların hədələri ilə üzləşib.      

Vüqar İsmayılov       

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı