Modern.az

Bakida konsert verən məşhur müğənni qonşusuna silahla hücum çəkdi

Bakida konsert verən məşhur müğənni qonşusuna silahla hücum çəkdi

31 Avqust 2016, 13:00

İyunu 17-də Bakıda Formula-1 yarışlarının açılış mərasimi ilə bağlı konsert verən müğənni Kris Braun 250 min dollar müqabilində zaminə buraxılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni Los-Ancelesdə mübahisə etdiyi qonşusunun üstünə silah çəkməkdə ittiham olunur.

 

Polis Braunun evində də axtarış aparıb.

 

Xatırladaq ki, müğənni tez-tez hüquq-mühafizə orqanlarının diqqətinə tuş gləir. 2009-cu ildə o, keçmiş sevgilisi Riannanı döyməkdə, 2013-cü ildə dostuna xəsarətlər yetirməkdə və 2015-ci ildə müalicə aldığı reabilistasiya mərkəzini icazəsiz tərk etməyə görə bir neçə ay həbsə qalmışdı.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok