Samux rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, Samux rayonunda vətəndaşa məxsus pambıq emalı sexinin ərazisində ümumi çəkisi 2 ton olan pambıq tayasının 300 kq-ı yanıb.
Tayanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az