Modern.az

Masallı xəstəxanasında əməliyyat - Baş həkim saxlanıldı

Masallı xəstəxanasında əməliyyat - Baş həkim saxlanıldı

22 Yanvar 2021, 20:54

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.

 

Modern.az xəbər verir ki, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov saxlanılıb.

 

Onların maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib. 

 

Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək