Modern.az

Bugünkü yoluxma sayı açıqlandı - 1307 nəfər

Bugünkü yoluxma sayı açıqlandı - 1307 nəfər

Hadisə

27 Aprel 2021, 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 315119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 282786 nəfər müalicə olunaraq sağalıb, 4429 nəfər vəfat edib, aktiv xəstə sayı 27904 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11649, hazırkı dövrədək isə 3206917 test aparılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok