Modern.az

"Qarabağ" səfərdə qələbə QAZANDI

İdman

17 Mart 2024, 18:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

 

Modern.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.

 

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Meydan sahiblərində 10-cu dəqiqədə penaltidən Otto Con fərqlənib. Ağdam təmsilçisinin qollarını 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade, 90+4-cü dəqiqədə penaltidən Toral Bayramov vurub.

 

Lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb. Tovuz klubu 35 xalla 7-cidir.

 

Qeyd edək ki, tura bu gün baş tutacaq "Sumqayıt" - "Sabah" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir