Modern.az

Avstraliya Qran-prisinin qalibi MÜƏYYƏNLƏŞDİ

Avstraliya Qran-prisinin qalibi MÜƏYYƏNLƏŞDİ

İdman

24 Mart 2024, 12:14

“Formula 1” üzrə Avstraliya Qran-prisinə yekun vurulub.

 

Modern.az-ın məlumatına görə, mövsümün üçüncü mərhələsində qalib adını “Ferrari” komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns qazanıb.

 

İkinci yeri “Ferrari” komandasının digər sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü “McLaren”dən britaniyalı Lando Norris tamamlayıb.

 

Hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan çıxıb.

 

Həmçinin “Mercedes”in britaniyalı pilotları Lüis Hemilton və Corc Rassel yarışı tamamlaya bilməyiblər.

 

“Formula 1”in növbəti mərhələsi aprelin 5-dən 7-dək Yaponiyada keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir